Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyyə edildi
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyyə edildi

Paytaxtda yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm