Maşın oğruları həbs olundu
Bizi izləyin

Hadisə

Maşın oğruları həbs olundu

Mayın 2-də Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov “Niva” markalı avtomobilinin axşam saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil qısa müddətdə Arıxdam kəndi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri Əfqan Əliyev və Hafiz Abdullayev də müəyyən edilərək saxlanılıblar.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə mayın 1-də Dağlı kənd sakini Hacıağa Bayramovun qaçırılmış “UAZ” markalı avtomobili qısa zamanda Tülər kəndinin ərazisində tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Muradov isə saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm