Ötən gün Azərbaycanda 126 cinayət törədilib, 25-i...
Bizi izləyin

Hadisə

Ötən gün Azərbaycanda 126 cinayət törədilib, 25-i...

İyul ayının 23-dən 24-dək Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

DİN-dən Publika.az-a verilən məlumatlara Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm