Sumqayıtda 59 yaşlı qadını maşın vurdu - FOTO
Bizi izləyin

Hadisə

Sumqayıtda 59 yaşlı qadını maşın vurdu - FOTO

Sumqayıtda 59 yaşlı qadını maşın vurub.

"Report"un məlumatına görə, hadisə 17-ci mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İbrahimova Sevil Əhmədağa qızı yolu keçərkən sürücü Elçin Allahverdiyevin idarə etdiyi "Rav-4" markalı, "10-LU-121" dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Yaşlı qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm