Azərbaycanda gənc şairin ölümü ilə bağlı YENİ FAKTLAR - FOTOLAR
Bizi izləyin

Hadisə

Azərbaycanda gənc şairin ölümü ilə bağlı YENİ FAKTLAR - FOTOLAR

Azərbaycanda intihar edən gənc şairlə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Əli Tənha bir müddət imiş ki, ilik çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş. Dostlarının bildirdiyinə görə, o, xəstəliyini ailəsindən gizlədib. Həkimlər isə ona mütəmadi olaraq qan vurulmalı olduğunu bildiriblər. Lakin maddi sıxıntıları olan gənc şair bu barədə ailəsinə deməyib.

Bildirilir ki, bir neçə ay imiş ki, Əli Tənha sosial şəbəkələrdə pessimist fikirlər paylaşırmış. O, bir çox dost-tanışı ilə vidalaşandan sonra həyatına sin qoyub.

Qeyd edək ki, son bir ildə Azərbaycanda 4 gənc şair intihar edib.

*****

16:05

Azərbaycanda Əli Tənha adlı gənc şair intihar edib.

Publika.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat veriblər.

Bilirilib ki, 29 mart 1994-cü il təvəllüdlü şair ötən gecə həyatına son qoyub.

24 yaşlı gənc xərçəngdən əziyyət çəkirmiş.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm