Tanınmış jurnalistin evi QARƏT EDİLDİ
Bizi izləyin

Hadisə

Tanınmış jurnalistin evi QARƏT EDİLDİ

Abşeron rayonunda Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi qarət edilib.

Publika.az-ın xəbərinə görə, Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb.

Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib.

Hadisə ilə bağlı jurnalist Daxili İşlər Nazirliyinin "102 zəng” xidmətinə məlumat verib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Hadisə yerinə baxış keçirilib, jurnalistin ifadəsi alınıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Oğurluğu kimin törətdiyi məlum deyil.

Abşeron polisi oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.

Qeyd edək ki, tanınmış jurnalist Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.

Publika.az məsələni diqqətdə saxlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm