Sumqayıtda ofis və kafe yandı
Bizi izləyin

Hadisə

Sumqayıtda ofis və kafe yandı

Ötən gecə Sumqayıt şəhərində yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm