Hadisə
Qaxda BƏDBƏXT HADİSƏ - 30 yaşlı qadın...
Qax şəhərində 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.
Hadisə şəhərin Axundov küçəsində baş verib.
Ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Orucova yaxınlarının köməkliyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən “Report”a bildirilib ki, müayinə zamanı T.Orucovaya bir-neçə bel fəqərəsinin sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Banklar 18:50
Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi