Şirvanda iki maşın toqquşdu - Yaralılar var - FOTO
Bizi izləyin

Hadisə

Şirvanda iki maşın toqquşdu - Yaralılar var - FOTO

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb

"Report"un məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm