Hadisə
Azərbaycanda 61 vəzifəli şəxs CƏZALANDIRILDI
2018-ci il ərzində Baş Prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058
müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material
araşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran
Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
İdarə rəisi vurğulayıb ki, həmin materialların 222-si (71,7%) üzrə
cinayət işi başlanıb, 88 (28,3%) material üzrə digər prokuror təsir
aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam
məsuliyyətinə cəlb edilib:
"Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi