Rəsulzadənin barelyefi oğurlandı - FOTO
Bizi izləyin

Hadisə

Rəsulzadənin barelyefi oğurlandı - FOTO

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Qonşular bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm