Bakı-Qazax yolunda AĞIR QƏZA: ölən var
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda AĞIR QƏZA: ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınının idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində sürücü ağır xəsarət alıb. Şəxsiyyəti məlum olmayan sürücü ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm