"Lotu Quli"nin düşməni azad edilərək Bakıya göndərildi - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

"Lotu Quli"nin düşməni azad edilərək Bakıya göndərildi - FOTO/VİDEO

Kriminal dairələrdə "Emin Hacıqabullu” kimi tanınan azərbaycanlı Emin Əhmədov yanvarın 25-də Rusiyada azadlığa buraxılıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, 36 yaşlı azərbaycanlı Krasnoyarskda cəzasını çəkirdi.

O, soyğunçuluq, mütəşəkkil cinayətlər və qətl cəhdinə görə 2007-ci ildə ittiham edilmişdi. Emin Əhmədov 13 il həbsdə olub. Cinayətkar bu vaxt ərzində Çuvaşıya, Kareliya, Maqadan və Vladimir vilayətlərində, həmçinin Krasnoyarsk diyarında cəza çəkib. Həbsdən azad edilməsi ilə Rusiyanın Daxili İşlər Nazirliyi onu arzuedilməz şəxs elan edib. Emin Əhmədov yanvarın 26-da Bakıya uçmalı olub.

Tədqiqatçılarla söhbət zamanı Emin Əhmədov özünü “böyük hərflə oğru” adlandırsa da, onun statusu təsdiq edilməyib. Ona həqiqətən Moskvada 2013-cü ildə tac qoyulmuşdu. Məşhur kriminal oğru Ded Xasanın qətlindən sonra tezliklə məlum oldu ki, bu qərar bir nömrəli azərbaycanlı "qanuni oğru” Nadir Səlifovla ("Lotu Quli") razılaşdırılmayıb. O, Nadir Səlifovla açıq qarşıdurmada olması ilə tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm