7 aylıq körpə öldü
Bizi izləyin

Hadisə

7 aylıq körpə öldü

Övlad itkisinin acısı yəqin ki, bütün ağrılardan betərdir. Xüsusən də bu hal valideynin diqqətsizliyi ucbatından baş verirsə, faciənin mahiyyəti beş qat dərinləşir, ürəkdə sağalmayacaq yaralar açır.

Publika.az xəbər verir ki, belə bir dəhşətli hadisə Braziliyada baş verib.

7 aylıq körpə elektrik naqilinə qoşulmuş telefon adaptorunu ağzına apararaq, yerindəcə keçinib. Ana qonşu otaqdan körpənin iniltisinə qaçıb gəlsə də artıq çox gec olub. Təcili yardım xidməti vaxtında yetişsə də, körpəni xilas etmək mümkün olmayıb.

Körpənin hər iki valideyni psixi sarsıntı keçirib. Belə dəhşətli hallar yaşanmasın deyə, daha diqqətli olmaq məcburiyyətindəyik.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm