Bakıda avtobus mağazaya çırpıldı
Bizi izləyin

Hadisə

Bakıda avtobus mağazaya çırpıldı

Bu gün saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, avtobusun sürücüsü N.Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarəetməni itirib.

Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün sürücü avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm