"BakuBus"un avtobusu avtomobillərlə toqquşdu, xəsarət alan var - FOTO
Bizi izləyin

Hadisə

"BakuBus"un avtobusu avtomobillərlə toqquşdu, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2 minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, ilkin məlumata görə qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm