Polis Bakıda ƏMƏLİYYATA başladı: bəzi küçələrdə, metro çıxışlarının ətrafında...
Bizi izləyin

Hadisə

Polis Bakıda ƏMƏLİYYATA başladı: bəzi küçələrdə, metro çıxışlarının ətrafında...

Bakının Yasamal və Nizami rayonlarında qanunsuz küçə ticarətinə son qoyulub.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir. Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

"Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir", - deyə məlumatda qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm