Hadisə
Beyonsun anası pilotlarımızın qəhrəmanlığından yazdı: Onlara təşəkkür edirəm
Amerikalı məşhur müğənni Beyonsun anası Tina Noulz AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından əvvəl sərnişinlərdən birinin lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, o, paylaşımında pilotların qəhrəmanlığından söz açaraq onlara təşəkkür edib:
"Duanın inanılmaz gücü! Bu sərnişin qəzaya uğramaq üzrə olarkən təşvişə düşmək əvəzinə dua etmək qərarına gəlib. Bunu görəndə dostuma "O adam sağ qaldı" dedim. Biz təyyarənin alov aldığını görəndə isə o, yox dedi. Amma bilirdim! Allahın nəzarətindədir! Çox dua, daha çox gücdür. Həmin təyyarəni endirən və sərnişinlərin yarısını xilas edən o heyrətamiz pilotlara təşəkkür edirəm. Allah hər zaman yaxşıdır".
Qeyd edək ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?













.jpg)
























