Paytaxtda 19 yaşlı qızı maşın vurdu
Bizi izləyin

Hadisə

Paytaxtda 19 yaşlı qızı maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Baxışova Nəzrin Şakir qızı yolu keçərkən maşın vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın təpə nahiyyəsinin kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm