Buzovnada zəncirvari yol qəzası: 4 nəfər yaralandı
Bizi izləyin

Hadisə

Buzovnada zəncirvari yol qəzası: 4 nəfər yaralandı

Bakıda zəncirvari yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində, boya fabrikinin yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 56 yaşlı Təranə Kərimovaya hadisə yerində yardım göstərilib. 33 yaşlı Yeganə Kərimova başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Münasib Məmmədov döş qəfəsinin və qarnın küt travması ilə Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hazırda müalicələri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm