Gədəbəydə faciəvi hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Gədəbəydə faciəvi hadisə - ÖLƏN VAR

Gədəbəydə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Qızıltorpaq kəndində baş verib.

Belə ki, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm