Qazaxda yas mərasiminə gedən qadını avtomobil vurdu
Bizi izləyin

Hadisə

Qazaxda yas mərasiminə gedən qadını avtomobil vurdu

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Cavanşir Əmiraslanov "Mercedes-Benz" markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə Qazax rayonuna yas mərasiminə gedən, Ağstafa rayon Qırlı kənd sakini, 1975-ci il təvəllüdlü Gülşən Tağıyevi vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər.

Piyadanın vəziyyətinin orta-ağır, sürücünün isə koma vəziyyətində olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm