FHN Goranboydakı qəza ilə bağlı məlumat yaydı: 1 ölü, 1 yaralı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

FHN Goranboydakı qəza ilə bağlı məlumat yaydı: 1 ölü, 1 yaralı - YENİLƏNDİ

Goranboy rayonunda "КамАЗ" markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

19:32

Goranboy rayonunda yol qəzası baş verib.

Hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Goranboy rayonunun Nərimanlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu ağır yaralanıb. Daha bir nəfər isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm