Azərbaycanda ŞOK: itkin düşən 14 yaşlı şəxsin meyiti görün haradan tapıldı
Bizi izləyin

Hadisə

Azərbaycanda ŞOK: itkin düşən 14 yaşlı şəxsin meyiti görün haradan tapıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.

Publika.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm