Bakıda hamamda meyiti tapılan kişi və qadın barədə ŞOK FAKTLAR - TƏFƏRRÜAT/VİDEO
Bizi izləyin

Hadisə

Bakıda hamamda meyiti tapılan kişi və qadın barədə ŞOK FAKTLAR - TƏFƏRRÜAT/VİDEO

Video əlavə olunub.

***

Dünən Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində yerləşən mənzillərdən birinin hamam otağında kişi ilə qadının meyitinin tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisə vaxtı mənzildə 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova ilə yanaşı ev sahibi də olub.

Belə ki, 59 yaşlı N.Cavadov qeyri-rəsmi nikahda yaşadığı A.Zeynalova ilə dostunun evinə gəlib. Daha sonra onlar evin hamam otağında yuyunublar.

Kişi ilə qadının hamamdan çıxmadığını görən ev sahibi narahat olub və qapını döyüb. Cavab verilmədiyini görən şəxs qapını sındıraraq açıb və onların dəm qazından boğularaq öldüyünü görüb.

Bildirilir ki, faciəvi şəkildə ölən qadının həyat yoldaşı bir müddət əvvəl vəfat edib. Daha sonra onun N.Cavadovla münasibəti yaranıb.

N.Cavadov isə ailəli olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

****

09:39

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm