Bakıda GÜCLÜ YANĞIN BAŞ VERDİ - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda GÜCLÜ YANĞIN BAŞ VERDİ - VİDEO (YENİLƏNDİ)

Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Publika.az Fövqəladə Halar Nazirliyinə (FHN) istinadən xəbər verir. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası cəlb edilib. Yanğın bazarın 400 kv. metr ərazisini əhatə edib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

01:07

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm