Külli miqdarda dələduzluqda təqsirləndirilən erməni bu ölkəyə təhvil verildi
Bizi izləyin

Region

Külli miqdarda dələduzluqda təqsirləndirilən erməni bu ölkəyə təhvil verildi

Ermənistanın baş prokuroru Anna Vardapetyan xüsusi ilə irimiqyaslı dələduzluqda təqsirləndirilən şəxslərin ekstradisiyası ilə bağlı Almaniya tərəfinin vəsatətini təmin edib.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən M.B Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib”, - deyə idarədən bildirilib.

Qeyd olunur ki, bu halda Ermənistan departamenti Aİ-nin Məhkəmə-Hüquq Əməkdaşlıq Təşkilatı (Eurjust) çərçivəsində Almaniya ilə əməkdaşlıq edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm