Yevlaxda 3 otaqlı ev partladı - YARALI VAR
Bizi izləyin

Hadisə

Yevlaxda 3 otaqlı ev partladı - YARALI VAR

Yevlax rayonunun Aşağı Bucaq kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m sahədə yanıb.

Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm