“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Komitə
Bizi izləyin

Hadisə

“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Komitə

Bu gün iyunun 6-da Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.

"Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib. Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib. Mətbuat xidməti kütləvi informasiya vasitələrindən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı məlumatların yayılmasına diqqətlə yanaşmağı, həmin məlumatları yaymamışdan qabaq Dövlət Komitəsi ilə əlaqə saxlayaraq dəqiqləşdirməyi bir daha xahiş edir", məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm