Masallıda faciəvi hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Masallıda faciəvi hadisə - ÖLƏN VAR

İyulun 23-də saat 21 radələrində Masallı rayonunda ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Türkoba kəndi ərazisində Boradigah qəsəbə sakini M.Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Elnur Zülfüqarovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm