Azərbaycanda traktorların iştirakı ilə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANAN VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda traktorların iştirakı ilə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANAN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "ГАЗел" markalı yük avtomobili və “T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hər 2 hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm