Hadisə
Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə olunub.
Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama