Cənubi Qafqaz
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
“Ermənistanda dövlət çevrilişinə cəhdlər edilir. Bu məqsədlə daxili siyasətimizə müdaxilələr olunur, müəyyən qruplara yardım göstərilir. Məqsəd suverenliyimizi məhdudlaşdırmaqdır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda hakim “Mülki müqavilə” fraksiyasının sözçüsü Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, Ermənistanda müəyyən dairələrin Rusiya tərəfindən yönləndirildiyini anlamaq üçün Rusiya dövlət mediasında verilən açıqlamalara baxa, bu ölkənin siyasətçilərinə qulaq asa bilərsiniz.
“Əminəm ki, Ermənistanın dövlət sərhədinin olmaması üçün hər şey edən qüvvələr var. Onlar vəziyyətin gərginləşdirilməsinə çalışır, Ermənistanı müharibəyə cəlb etmək məqsədilə hər şey edirlər. Onların məqsədi dəyişməyib. Onların məqsədi öz qubernatorlarının idarə etdiyi ucqar əyalət yaratmaqdır. Qarabağ müharibəsi zamanı və sonra nə ediblərsə, indi də eyni şeyi edirlər”, - o, Rusiyaya işarə edib.
A.Hovhannisyan qeyd edib ki, hakim partiya Ermənistan vətəndaşlarının təhlükəsizliyi üçün əlindən gələn hər şeyi edir, o cümlədən, sərhəd bölgələrində yaşayan əhalinin problemlərinin həlli istiqamətində addımlar atılır: “Kirantsa gedib insanların emosiyaları ilə oynayanlar isə bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Əgər Ermənistanda iğtişaşlar törətməyə çalışan insanlar qanuni çərçivəni keçərlərsə, o zaman qanun işə düşəcək. Hüquq-mühafizə orqanları ölkədə iğtişaş yaratmağa hesablanmış prosesləri diqqətlə izləyir”.
Asif
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı






.jpg)































