Naftalanda əməliyyat - Xeyli silah-sursat tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Naftalanda əməliyyat - Xeyli silah-sursat tapıldı - FOTO

Naftalan şəhər Polis Şöbəsinə şəhər ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə dərhal ŞPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.

Araşdırmalar zamanı 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 “F-1”, 3 ədəd “RQN” əl qumbaraları, ümumilikdə 74 ədəd müxtəlif kalibirli avtomat patronları, 3 ədəd müxtəlif silahlara məxsus avtomat darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm