Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 1 evdən 5 nəfərin MEYİTİ TAPILDI - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 1 evdən 5 nəfərin MEYİTİ TAPILDI - YENİLƏNDİ

Bu gün Bakı şəhər Badamdar qəsəbəsində fərdi yaşayış evində 5 gənc oğlanın ölümü ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin olaraq həmin şəxslərin dəm qazından boğulduğu müəyyən edilib.

Olay yerinə ərazi üzrə rəhbər şəxslər gəlib. Polis və prokurorluq əməkdaşları hadisə yerini incələyir.

*****

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.

Meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib.

Səbail rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm