Hadisə
İmişli sakini külli miqdarda narkotik vasitə ilə SAXLANILDI
İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Publika.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Hüseynli İbiş Adil oğlu qəbiristanlıqda gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb.
Polislər tərəfindən bağlamaya baxış zamanı oradan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ. Hüseynliyə zəng edən həmin şəxs rayonun Rəsullu kəndində bağlama olduğunu deyib. Birinci bağlamanı qəbiristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO