Siyəzən və Sabirabadda yanğın qeydə alındı
Bizi izləyin

Hadisə

Siyəzən və Sabirabadda yanğın qeydə alındı

Siyəzən rayonunun Beşdam kəndində, quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət sexin şüşə-pambıqdan ibarət üzlüyü 700 m² sahədə yanıb. Sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Publika.az xəbər verir ki, oxşar hadisə Sabirabad rayonunun Türkədi kəndində də baş verib. Ümumi sahəsi 160 m² olan birmərtəbəli evin 1 otağında divan və kreslo qismən yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 4 m² sahədə qarsalanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm