Hadisə
Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlər var
Ağdaş-Zarağan avtomobil yolunda, Qəbələnin Savalan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, ilkin məlumata görə Qəbələ rayonunun Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi 90-NX-228 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yolda idarəetməni itirərək, qarşıdan gələn Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun idarə etdiyi VAZ 21 07 markalı 23-BX-690 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin 1964-cü il təvəllüdlü Yusifova Vilayət Baxış qızı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər sərnişinlər Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobillərində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, hadisə zamanı VAZ 21 07 markalı avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü Məmmədova Dəniz Ramil qızı və avtomobilin sürücüsü Yusifov Nəsib Şakir oğlu dünyasını dəyişib. Digər sərnişin 1985-ci il təvəllüdlü Məmmədova Mehriban Şakir qızının, 2014-cü il təvəllüdlü Məmmədov İsmayıl Ramil oğlunun və 1997-ci il təvəllüdlü Bəkirova Xəyalə Rövşən qızının müalicəsi davam edir. Mercedes markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü Eyyubov Fərhad Tapdıq oğlu və sərnişin 1969-cu il təvəllüdlü Eyyubov Tərlan Tapdıq oğlunun isə vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR