Şabranda AĞIR QƏZA: Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Şabranda AĞIR QƏZA: Ölən və yaralananlar var

Mayın 5-i axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alıb. Qəzada xəsarət alan şəxslər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm