Bakıda QORXUNC HADİSƏ: Uşaqlar ölümdən döndü - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda QORXUNC HADİSƏ: Uşaqlar ölümdən döndü - VİDEO

Mayın 3-də Bakı şəhər Nəsimi rayonu ərazisində baş vermiş yol qəzasının görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, avtobloqqer Fərid Rəsulov avtomobilinin videregistratorunun qeydə aldığı görüntüləri paylaşıb.

Görüntülərdən məlum olur ki, yolu keçmək üçün tələsən və yol hərəkəti qaydalarını kobudcasına pozan "Hyundai Elantra" soldan gələn "Chevrolet Cruze" markalı digər nəqliyyat vasitəsinin yoluna çıxır. Qəzadan yayınmaq istəyən "Chevrolet"in sürücüsü "Hyundai"ın arxasından keçmək istəsə də qəzaya uğrayır və yolun kənarındakı tumbalara çırpılaraq dayanır. Bu zaman tumbaların arxasındakı 2 uşaq və bir böyük piyada son anda maşının altında qalmaqdan qurtulur.

Hadisənin görüntülərini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm