Hacıqabulda AİLƏ FACİƏSİ: Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Hacıqabulda AİLƏ FACİƏSİ: Ölən və yaralananlar var

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik maşını ilə toqquşub.

Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib. Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm