Hadisə
62 yaşlı qadını qətlə yetirən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Publika.az-ın məlumatına görə, birgə məlumatda deyilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Bildirilib ki, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, mərhumun qohumu, 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.
Tural Məmmədov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Dünya14:04
Putin Əsədlə bağlı qərar verdi: Kreml rəsmən açıqladı
-
Sosial13:06
Pensiya alanların nəzərinə!
-
İdman12:13
"Real"ın əfsanəsi bu qadınla eşq yaşayır? - Xahiş edirəm, ciddi olun - FOTOLAR
-
Magazin111:32
"Vətəndaş A" serialındakı bu səhnəyə görə aktyoru hədələdilər: "Əlini qırarıq" - VİDEO
-
Dünya11:02
Baydenə sərt təpki: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
-
MDB10:32
FTX Gürcüstanın sabiq nazirinə işləyən 11 nəfər saxladı: Görün nələr edirmişlər
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı