Şirvan və Biləsuvarda ev yandı
Bizi izləyin

Hadisə

Şirvan və Biləsuvarda ev yandı

Şirvan şəhərində ümumi sahəsi 172 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə ümumi sahəsi 448 m² olan (hər mərtəbəsi 224 m²) ikimərtəbəli evin zirzəmisində 20 p.m elektrik kabeli yanıb. Kabelin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm