Hadisə
DYP-də hay-küy salan şəxs həbs edildi - FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində səs-küy salaraq maneə yaradan şəxs həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, vətəndaş Cəbiyev Nurlan Aqil oğlu Dövlət Yol Polisi İdarəsibə gələrək başqa bir sürücünün qayda pozuntusunun araşdırılmasına mane yaradıb. Həmin sürücünün qanunun tələblərini pozmadığını deyərək hay-küy salıb. Eyni zamanda polisinin qanuni tələblərinə tabe olmayıb.
İdarəyə 28-ci polis bölməsinin əməkdaşları dəvət edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub. Toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Cəbiyev Nurlan Aqil oğlu 8 gün müddətində inzibati qaydada həbs edilib.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO