Bakıda və Gədəbəydə fərdi yaşayış evi yandı
Bizi izləyin

Hadisə

Bakıda və Gədəbəydə fərdi yaşayış evi yandı

Bakının Səbail rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin bir otağında yataq dəsti və taxta tullantıları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Gədəbəy rayonunun Köhnəkənd kəndində isə ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm