Hadisə
Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO/YENİLƏNDİ

Akademik Rus Dram Teatrının heyətini Şəkiyə aparan avtobusun qəza törətməsi ilə bağlı açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Publika.az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və və nəticədə 2 yan şüşəsi sınıb.
Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.
xxx
16:51
Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntüləri teatrın aktyoru İbrahim Çingiz instaqram hesabında paylaşıb.
Avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, pəncərələri qırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO
-
Magazin11 Oktyabr 19:15
Zaur Kamal bu mövsümdə yeni kanalda - VİDEO