Hadisə
Rasim Məmmədovun cəzası yüngülləşdirildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az trend-ə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən bugünkü iclasda qərar elan olunub. Qərara əsasən Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.
Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

-
ABŞ20:24
ABŞ ordusu üçün ilk hava taksiləri alındı
-
Hadisə19:40
Azərbaycanda polis faciəvi şəkildə HƏLAK OLDU
-
Nida Xəbər 19:23
Qənirə Paşayevaya yeni dərmanlar təyin olundu
-
Magazin118:50
Emin Ağalarov bu xanımla duet oxuyacaq - FOTO
-
Sosial18:30
Qarabağı tərk edən erməninin "dostum" dediyi məşhur azərbaycanlı DANIŞDI
-
Nida Xəbər 17:22
"Erməni sakinlərə ərzaq yardımı davam edəcək" - Hacıyev
-
Hadisə16:50
Bərdədə partlayış oldu - Yaralılar var
-
Qarabağ 16:15
Qarabağı tərk edən erməni məşhur azərbaycanlı həkimin dostu imiş