Hadisə
Azərbaycanda 15 yaşlı qız ana oldu
Ağdaş rayonunda 15 yaşlı qız ana olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib.
Bir müddət əvvəl xəstəxanaya gətirilən Mingəçevir şəhər sakini, 2008-ci il təvəllüdlü N.Xələfova (ad şərtidir – red.) oğlan uşağı dünyaya gətirib. Hadisə barədə polisə məlumat verilib və faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Müəyyən edilib ki, 2022-ci ildə, hələ 14 yaşı olarkən N.Xələfova instagram sosial şəbəkəsində Ağdaş rayon Kükəl kənd sakini olan 2006-cı il təvəllüdlü Kamran adlı oğlanla tanış olub və aralarında sevgi münasibəti yaranıb.
Onlar 2022-ci ilin noyabr-dekabr aylarında Mingəçevirdə parkda və qızın yaşadığı evdə görüşərək cinsi əlaqədə olublar. Yeniyetmə qız hamilə olduğunu biləndən sonra valideynlərindən vəziyyətini gizlətmək üçün hicab taxmağa başlayıbmış. Lakin bir müddət sonra anası onda fiziki dəyişikliyin baş verdiyini görərək həkimə aparıb və hər şeyin üstü açılıb.
Mingəçevir şəhər Polis Şöbəsində aparılan cinayət işinin materialları şəhər məhkəməsinə göndərilib. Məhkəmədə hər iki tərəf yaşlarının nikaha icazə verəcəyi vaxt ailə quracaqlarını bildiriblər. Məhkəmə 14 yaşlı qızla cinsi əlaqədə olaraq onu hamilə qoyan oğlana sınaq müddəti təyin edilməklə şərti cəza verib.
Turqut Seyidov
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”