Mikroavtobusa silahlı hücum: ölənlər və yaralananlar var
Bizi izləyin

Hadisə

Mikroavtobusa silahlı hücum: ölənlər və yaralananlar var

Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Publika.az xəbər verir ki, bölgə mətbuatında yer alan xəbərə görə, paytaxt Port-au-Prinsdə polis idarəsi yaxınlığında bir qrup şəxs mikroavtobusa silahlı hücum edib.

Hadisə şahidlərinin sözlərinə görə, dəstənin "dur" xəbərdarlığına tabe olmayan mikroavtobus avtomat silahlarla atəşə tutulub. Hadisəyə görə "400 Mwozo" dəstəsi məsuliyyət daşıyır. Polis genişmiqyaslı əməliyyata başlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı ifadə edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm