Hadisə
Naxçıvanda zəlzələ oldu - YENİLƏNDİ
.gif?v1747952351)
Aprelin 20-də Naxçıvan seysmoloji stansiyasından 76 kilometr cənub-qərbdə - İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Publika.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 22:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.6-ya bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babəkdə 3 bala qədər hiss olunub.
xxx
22:10
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Eyni zamanda, “Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı